Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzerTimes xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Hərəkətdə olan “Mersedes” markalı təcili tibbi yardım avtomobili yolu keçmək istəyən orta yaşlı piyadanı vurub. Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.