Gəncədə sürücü idarə etdiyi avtomobillə iki piyadanı vurub.
AzerTimes-ın verdiyi məlumata görə, hadisə şəhərin Mircəlal Paşayev və 28 May küçələrinin kəsişməsində baş verib.
“VAZ 2106” markalı avtomobilin sürücüsü 42 yaşlı Quliyev Kamil Bəndər oğlu yolu keçmək istəyən iki qadını – Daşkəsən sakinləri Sevil Məmmədova (1947) və Şəhla Məmmədovanı (1981) vurub.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Vəziyyətləri orta-ağır olduğu bildirilir.