Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə AzerTimes-a Azərsu ASC-dən bildirilib.
Məlumata görə, hazırda Azərsu ASC-nin briqadası və texnikası qəza yerində işləyir: “Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq. Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir”.