Gəncədə su basmış evdə bir ailənin üç üzvü təxliyə olunub.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112″ qaynar telefon xəttinə Gəncə şəhəri, Əhməd Cavad küçəsində intensiv yağıntılar səbəbindən həyətyanı sahəsini su basmış fərdi yaşayış evində bir ailənin üç üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri köməksiz vəziyyətdə qalan biri azyaşlı olmaqla 3 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.