Xəbər - Samir Əli – Trend:
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə məxsus, şəhər ərazisində quraşdırılan mexaniki su sayğacları və onların qutularını oğurlamaqda şünhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Arzu İbrahimov qeyd edilən Səhmdar Cəmiyyətə məxsus, vətəndaşların istifadəsinə verilməmiş 112 ədəd mexaniki su sayğacı və 18 ədəd qutusunu oğurlayaraq ümumilikdə 4759 manat maddi ziyan vurub.
A.İbrahimov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.