Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcədə əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib.
AzerTimes-ın məlumatına görə, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.
Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 30-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.