Gəncədə quldurluqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin
əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq
hadisəsini törədən şəxslərin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, aparılan araşdırmalar nəticəsində şəhər sakinləri,
əvvəllər məhkum olunmuş Samir Məmmədov və Yaşar Hüseynov cari ilin
mart ayında vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq
əllərindəki odlu silah ilə sakinləri hədələrək pul tələb
ediblər.

Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilən zaman Yaşar
Hüseynovdan 1 ədəd “Churchill” markalı ov tüfəngi, həmin tüfəngə
aid patronlar da aşkar edilərək götürülü

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq
maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam
etdirilir.

Teqlər: