Gəncədə qəza: 5 nəfər xəsarət aldı

Gəncədə qəza: 5 nəfər xəsarət aldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar.

Qəza zamanı xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: