Kəlbəcər Rayon Polis Şöbəsinə Gəncə şəhər ərazisindəki yataqxanaların birində bir nəfər qadına kəsici-deşici alətlə çoxsaylı xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AzerTimes-a bildirilib ki, dərhal Kəlbəcər Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Hüseyn Abbasov şəxsi münasibətlər zəminində bacısı, 1989-cu il təvəllüdlü Səbinə Abbasovaya çoxsaylı xəsarətlər yetirib və sonuncu xəstəxanaya aparılan zaman ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.