Gəncə şəhəri, Heydər Əliyev prospekti, 64 ünvanında anbar binasının inşası zamanı aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş layihədən kənara çıxılmaqla qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.
AzerTimes xəbər verir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədənkənar aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.