Gəncə şəhərində 25 may – 17 noyabr 1918-ci il tarixləri arasında Nuru Paşa komandanlığındakı Qafqaz Hərəkatında Azərbaycanın müstəqilliyi naminə canlarını fəda edən Qafqaz İslam Ordusunun ilk şəhidləri – 13 qəhrəman əsgərin xatirəsinə inşa edilən abidənin açılış mərasimi keçirilib.
AzerTimes Report-a istinadla xəbər verir ki, abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyənin Gəncədəki Baş Konsulluğu və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı ilə inşa edilib.
Abidənin hündürlüyü 7 metrdir, memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.