Gəncədə qadının çantasını soyan şəxs saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Gəncə sakini küçədə qarət edilib.

AzerTimes-ın məlumatına görə, Kəpəz RPİ-yə müraciət edən Gəncə şəhər sakini T.Əsilbəyova martın 18-də saat 2 radələrində şəhər ərazisində bir nəfərin ona zor tətbiq edərək içərisində 205 manat pul, 2178 manat dəyərində mobil telefon və sənəd olan çantasını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Quliyev müəyyən edilərək saxlanılıb.


Araşdırma aparılır.

Teqlər: