Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə səbəbindən laboratoriyada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.
Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.