Gəncədə pandemiya tələblərini pozan restoranın rəhbərliyi cəzalandırılıb

Xəbər - Çingiz Səfərli – Trend:

Gəncədə fəaliyyət göstərən şadlıq sarayında pandemiya dövrünün tələbləri pozulub.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsində fəaliyyət göstərən, fiziki şəxs Qasımov Zaur Rasim oğluna məxsus “Tural” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.


Yoxlama zamanı müvafiq portalda (icaze.gov.az) qeydiyyatdan keçmədən şənlik mərasiminin təşkil olunduğu, masalararası və oturacaqlar arasındakı məsafənin gözlənilmədiyi məlum olub.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Teqlər: