Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (
ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol
hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən
sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki
regional qrupundan AzerTimes-a verilən məlumata görə, şəhər sakini Elvin
Quliyev idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə yollarda
intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub,
avtoxuliqanlıq etmiş və bununlada ictimai-asayişi nümayişkəranə
şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum
olub.
Yol Patrul Xidmətinin əməkdaşları dərhal sürücünü saxlanılan
zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu da müəyyən
edilib. Həmin şəxs barəsində İnzibati Xətalar məcəlləsinin müvafiq
maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün
aidiyyatı üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elvin
Quliyev sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 15 sutka
inzibati qaydada həbs edilib.