Gəncədə MKTİB-in əməkdaşı faciəvi şəkildə öldü

Gəncədə MKTİB-in əməkdaşı faciəvi şəkildə öldü

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Samux rayon sakini E.İlyasov idarə etdiyi “Mersedes” markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Gəncə şəhər sakini Rahilə Hüseynovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

R.Hüseynova Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin işçisi olub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: