Gəncə şəhərinin Kəpəz rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzerTimes-a verilən məlumata görə, Müraciətlə əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı minik avtomobili yol kənarındakı divara çırpılıb. Nəticədə, yolun kənarında dayanan 1 nəfər və nəqliyyat vasitəsində olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xilasedicilər xəsarət alan şəxslərə hadisə yerində həkiməqədər ilk tibbi yardım göstərərək onları təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil veriblər.