Gəncədə maşınla vurulan ana və qucağındakı körpəsi öldü

Gəncədə maşınla vurulan ana və qucağındakı körpəsi öldü

Ötən gün Gəncədə anasının qucağında avtomobillə vurulan körpə uşaq ölüb.  

Yeni Gəncə qəsəbəsində avtomobillə vurulan 4 aylıq oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Onun anası, 1993-cü il təvəllüdlü Dilarə Bağırova isə aldığı xəsarətdən hadisə yerində ölmüşdü.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü Hüseynov Ramin Yusif oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılmışdı.

“Mercedes” qadını və onun uşağını vurduqdan sonra “Daewoo” markalı avtomobilə çırpılıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.