Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.
“Toyota” markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.