Gəncə şəhərində kütləvi dava olub.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, şəhər ərazisində baş vermiş hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Olay nəticəsində bir nəfər güllələnərək öldürülüb, 2 nəfər isə bıçaqlanıb.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.