Gəncədə bıçaqlanma hadisəsi baş verib.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən kafelərdən birinin qarşısında qeydə alınıb.
Bıçaqlanan 2000-ci il təvəllüdlü İlkin Həsənov xəstəxanaya yerləşdirilib.
21 yaşlı gənc dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, İ.Həsənov bir neçə şəxs tərəfindən döyülüb, sonra isə bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.