Fevralın 11-i saat 17 radələrində Gəncə şəhər sakini, “Azavqrup”
işıqlandırma şirkətində fəhlə işləyən 1992-ci il təvəllüdlü Röyal
Əliyevin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil
olub.
Gəncə şəhər prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla müəyyən edilib ki, Röyal Əliyev şəhərin
işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işığının lampasını
dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan
ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.