

Gəncədə ikiyaşlı körpə xəstəxanada ölüb.
AzerTimes xəbər verir ki, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.
Şəmkir rayon sakini, 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada vəfat edib.
TƏBİB-dən bildirilib ki, iyunun 5-i, saat 12:10-da 2023-cü il təvəllüdlü körpə (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50-də ölüm faktı qeydə alınıb”.
Faktla bağlı araşdırma aparılır.