Gəncədə 25 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, iyun ayının 23-də günorta radələrində Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub.
Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A.Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.