Gəncədə karantin rejimini pozan kafe aşkarlandı – FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, ŞBPİ-nin Cinayət Axtarış İdarəsi və post-patrul xidmətinin əməkdaşları birgə keçirdikləri tədbirlər nəticəsində şəhərin Kəpəz rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Elmar Tanrıverdiyevlə yanaşı, 12 nəfər müştəri də qanunla müəyyən edilmiş qaydada saxlanılaraq ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə gətirilərək barələrində qanunamüvafiq tədbir görülüb.

Bundan başqa kafenin müştərisi Ələkbər Hüseynov üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan üzərinə qanunla müəyyən edilmiş qaydada baxış keçirilib və əl çantasından çəkisi 3,66 qram çəkidə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

Teqlər: