Gəncədə itkin düşən şəxs Bakıda tapıldı.
AzerTimes xəbər verir ki, iyul ayının 12-də Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədovun yaşadığı evdən naməlum istiqamətdə gedərək bir daha geri dönməməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları F.Məmmədovun yerini Bakı şəhərində müəyyən ediblər. Onun ailəsinə təhvil verildiyi deyilir.