Xəbər verdiyimiz kimi, Gəncədə N saylı hərbi hissədə xidmət edən əsgər özünü yataqxana binasından ataraq intihar edib.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, həyatına son qoyan əsgər, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbə sakini olub. Onun nəşi ailəsinə təhvil verilib və Mərdəkanda dəfn edilib.
Mərhum əsgərin fotosunu təqdim edirik.