Gəncədə hadisə: Qaynı tərəfindən bıçaqlandı

Gəncədə hadisə: Qaynı tərəfindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AzerTimes APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

1994-cü il təvəllüdlü A.Həsənov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, xəstə dərhal əməliyyat edilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A.Həsənov qaynı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: