Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AzerTimes xəbər verir ki, şəhərin Vəli Xuluflu küçəsində evakuator piyada 1981-ci il təvəllüdlü Rauf Sarıyevi vurub.
Yaralı ağır halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R.Sarıyev Gəncə şəhər MKTİB işçisidir.