Gəncədə ev yanıb, 2 yaşlı uşaq ölüb

Xəbər - Samir Əli – Trend:

Gəncədə baş verən yanğında 2 yaşlı uşaq ölüb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu gün səhər saatlarında “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 65 kv.m olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2019-cu il təvəllüdlü Mahmudova Nuray Röyal qızının yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Teqlər: