Gəncədə daha 2 körpə uşaq dağıntılar altında qalıb

Gəncədə daha 2 körpə uşaq dağıntılar altında qalıb

Düşmən tərəfindən ötən gecə Gəncəyə atılan raket zərbəsi mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olub.

Gəncədə hələ də iki uşaq itkin hesab edilir. Dəhşətli hadisə nəticəsində dağıntılar altında qalan uşaqların axtarışı davam etdirilir, onların tapılması ilə bağlı müvafiq işlər görülür.

AzTV müxbirləri Gəncədə axtarış aparılan yerdən bununla bağlı reportaj yayımlanıb.

Qeyd edək ki, erməni terroru nəticəsində dünən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlı olmaqla 13 nəfər həlak olub, 48 dinc sakin isə yaralanıb.