Gəncədə doğma çay, “Azerçay”ın təşkilatçılığı ilə Çay festivalı təşkil ediləcək.
AzerTimes xəbər verir ki, festival 10, 11,12 iyul tarixlərində Gəncə şəhər “Bayraq meydanı”nda baş tutacaq.
Gəncə şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə təşkil ediləcək tədbirdə insanların xoş istirahətini və əyləncəsini təmin etmək üçün müxtəlif maraqlı guşələr yaradılacaq və əyləncəli proqramlar təşkil ediləcək.
Sənan Şəfizadənin aparıcılığı ilə keçiriləcək konsert proqramında tanınmış ifaçılar Ədalət Şükürov, Ayaz Babayev, Elsever Muradov, “East or West”, “Nənələr” qrupu və digər müxtəlif rəqs qrupları ilə bir yerdə əyləncə dolu üç gün sizi gözləyir.
İllərdir Azərbaycan çay mədəniyyətini qoruyub saxlamaq missiyasını üzərinə götürən “Azerçay” markası bu tədbiri həyata keçirərək həmçinin milli adət ənənələrimizə olan həssaslığını əyani şəkildə nümayiş etdirir.
Festival iştirakçıları “Azerçay” markasının çaylarından dadmaq fürsəti əldə edəcəklər. Hər kəsi bu möhtəşəm festivalda iştirak etməyə, əylənməyə və dəyərli hədiyyələr qazanmağa dəvət edirik.
Qeyd edək ki, doğma gəncəliləri sevindirmək üçün, milli markamız , Nizami yurdunda 6000 ailəyə “Azerçay” buket hədiyyə edir, bununla bərabər seçilmiş marketlərdə 225 qramlıq adıçəkilən məhsula 15% endirim də tətbiq edilir.