Gəncədə avtomobil azyaşlının üzərindən keçdi

Gəncədə avtomobil azyaşlının üzərindən keçdi

Gəncədə qadın sürücünün idarə etdiyi avtomobil azyaşlının üzərindən keçib.

AzerTimes Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki, şəhərin sosial binalarında yaşayan 2013-cü il təvəllüdlü K. Əsgərova binanın qarşısında velosiped sürərkən sürücü maşını arxaya vermək istədikdə onu vurub.

Sürücü avtomobili irəli sürərkən yenidən azyaşlının ayaqları üzərindən keçib. O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: