Gəncədə arvadını bıçaqlayan şəxs yaxalandı

Gəncədə arvadını bıçaqlayan şəxs yaxalandı

Dekabrın 14-ü həyat yoldaşını bıçaqlayan və sonra hadisə yerindən uzaqlaşan Gəncə sakini polis tərəfindən saxlanılıb.

AzerTimes-ın verdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib. O, mübahisə zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə təqsirli bilinir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.

Teqlər: