Gəncədə dəm qazından zəhərlənmə baş verib.
AzerTimes xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb. Sözügedən ünvanda yaşayan ana və oğlu dəm qazından zəhərlənib.
Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.