Gəncədə 44 yaşlı kişinin qətlinin təfərrüatı bəlli oldu

Gəncədə 44 yaşlı kişinin qətlinin təfərrüatı bəlli oldu

Gəncədə 44 yaşlı kişinin qətlə yetirilməsinin bəzi detalları məlum olub.

AzerTimes APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən 1971-ci il təvəllüdlü Şəmistan Süleymanov şəhərin Totanlı küçəsində fəhlə işləyən qohumu Nəsimi Mustafayevin yanına gələrək borcunu istəyib.

Onların arasında dava baş verib. Mübahisə zamanı Mustafayev Süleymanova kəsici alətlə bir neçə zərbə endirib.

Ş.Süleymanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Totanlı küçəsi, 6-cı döngə, ev 13 də (yeni məhlələr) adlanan ərazidə qeydə alınan hadisənin 400 manat borc üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: