Gəncədə 4 nəfər dəm qazından zəhərləndi: ölən var

Gəncədə 4 nəfər dəm qazından zəhərləndi: ölən var

Gəncə şəhərində 4 nəfər mənzildə dəm qazından zəhərlənib, onlardan biri ölüb.

AzerTimes xəbər verir ki, 2000-ci il təvəllüdlü Zəhra Rəsul qızı Musayeva xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.

Bildirilib ki, 2015-ci il təvəllüdlü Zeynəb Rəsul qızı Musayeva, 2018-ci il təvəllüdlü Dərya Tural qızı Musayeva və 2019-cu il təvəllüdlü Fatimə Tural qızı Musayeva Gəncə şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi və orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: