Gəncədə 24 yaşlı qız binadan yıxılaraq ölüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şahsevənlər küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1999-cu il təvəllüdlü Şəhla Mehdiyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.