24 mart 2022-ci il tarixdə Gəncə şəhər sakini, 1991-ci il
təvəllüdlü Abbas Əliyevin almış olduğu xəsarətdən ölməsi barədə
Gəncə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə şəhər prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, martın 23-ü saat 23
radələrində zərəçəkmişin tanışı, 2001-ci il təvəllüdlü Emil
Quliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş
mübahisə zamanı bıçaqla Abbas Əliyevə xəsarət yetirməsi nəticəsində
sonuncu aldığı xəsarətdən ölüb.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Emil Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunmaqla
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.