Gəncədə 17 yaşlı qıza təcavüz etməkdə təqsirləndirilən 62 yaşlı
Rəşid Gözəlov barəsində həbs qəti imkan tədbiri seçilib.
AzerTimes-ın əldə etdiyi məlumata görə, bu gün Kəpəz Rayon
Məhkəməsində faktla bağlı keçirilən prosesdə istintaq orqanının
təqdimatı təmin edilib.
Məhkəmənin qərarı ilə təqdimat təmin edilib və R.Gözəlov
barəsində həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Gəncə şəhər sakini, 62 yaşlı Rəşid Gözəlov
sağlamlıq imkanları məhdud olan 17 yaşlı qıza qarşı təcavüz etməkdə
günahlandırılır.