Gəncəbay gəmidən yıxıldı, xəstəxanaya aparıldı – Foto

Gəncəbay gəmidən yıxıldı, xəstəxanaya aparıldı – Foto

Türkiyənin korifey incəsənət xadimlərindən olan Orxan Gəncəbay xəstəxanaya yerləşdirilib.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, buna səbəb onun gəmidən yıxılması olub.

Məlumata görə, hadisə məşhur ifaçının həyat yoldaşı Sevim Emre ilə Anadoluhisarıdakı restorandan Balta limanındakı malikanəsinə qayıdan zaman baş verib. Limana çatanda mühafizəçilər əvvəlcə Sevim Emrenin gəmidən enməsinə kömək ediblər. Daha sonra Gəncəbaya əllərini uzadıblar, ancaq ifaçı tarazlığını itirərək kürəyi üstə beton döşəməyə yıxılıb.

Ombası və kürəyindən əzilən Gəncəbay xəstəxanaya aparılıb. Müayinə zamanı onun bədənində qırıq-çıxıq görünməyib, ancaq zərbəyə görə bərk əzildiyi müəyyən edilib.

Sonradan Gəncəbay pərəstişkarlarına müraciət edərək vəziyyəti barədə məlumat verib:

“Allaha şükür, artıq yaxşıyam, ağır qəza idi, məni Allah qorudu”, – deyə o bildirib.

Teqlər: