Hava nəqliyyatı ilə Bakı-Gəncə /Gəncə-Bakı və Bakı-Zaqatala / Zaqatala-Bakı, Bakı-Lənkəran / Lənkəran – Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin yeni tarifləri müəyyən edilib.
AzerTimes xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarında əksini tapıb.
Qərara əsasən, Bakı-Gəncə /Gəncə-Bakı – 84 manat və Bakı-Zaqatala / Zaqatala-Bakı – 84 manat və Bakı-Lənkəran / Lənkəran – Bakı – 65 manat sərnişindaşıma xidmətinin qiyməti müəyyən edilib.