Gəncə şəhərindən olan şəhid övladları üçün tədbir təşkil olunub (FOTO)

Bu gün Gəncə şəhər Təhsil İdarəsi Gəncə Şəhər Uşaq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Gəncə şəhərindən olan Şəhid övladları üçün tədbir təşkil olunub.

AzerTimes xəbər verir ki, tədbirdə vətənpərvərlik ruhunda mahnı, şeir və rəqslər ifa olunub. Mərasimdə Gəncə şəhərinin deputatları – Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Şəhər Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev və Gəncə Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbəri Vasif Cənnətov və Gənclər Evinin müdiri Amil Qurbanov iştirak edib. Sonda şəhid övladlarına hədiyyələr təqdim olunub. Tədbirə Gəncə və Bakı şəhərindən olan sahibkarlar, “Superfon” şirkəti və 189 taksi xidməti dəstək olublar. Həmin sahibkarlara xüsusi təşəkkür edirik.

Bu gün, həmçinin Gəncə Şəhər Regional Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən İncəsənət məktəbinin təşkilatçılığı ilə tədbir baş tutub. Tədbirdə balacalar bir- birindən maraqlı musiqilər ifa ediblər. Eləcə də məktəbin şagirdlərinin vətənpərvərlik mövzusundakı əl işləri də nümayiş olundu. Şəhərin rəhbər şəxslərinin, milli məclisin deputatları – Muşfiq Cəfərov və Pərvin Kərimzadə 1 iyun günü münasibətilə öz təbriklərini çatdırdılar.

Teqlər: