Gəncə sakinlərində silah və narkotik aşkarlanıb (FOTO)

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı
İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli
bilinən şəhər sakini Arif Fərəcov saxlanılıb. Şübhəli şəxsin
yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Makarov” tipli tapança,
həmin tapançaya aid bir ədəd sandıqca və 5 ədəd 9 mm-lik patron
aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, aşkar
edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan
məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində isə şəhər sakini İbrahim Fuladi saxlanılıb. Onun
yaşadığı evə baxış keçirilən zaman isə 1 ədəd “Kalaşnikov” markalı
avtomat, həmin silaha aid 1 ədəd daraq və 25 ədəd 7.62 mm-lik
patron aşkar edilərək götürülüb. Həmin silahın hər hansı bir
cinayətdə istifadə edilib-edilməməsini müəyyən etmək üçün aidiyyəti
ekspertizaya göndərilib.

Bundan başqa Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış təbdirləi nəticəsində isə qanunsuz
olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən İrakli
Feyzullayevdən çəkisi 2 kq-dan çox narkotik vasitə olan “marixuana”
aşkar edilib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla
bağlı araşdırmalar davam etdirilir.

Teqlər: