Gəncə sakini öz bacanağı tərəfindən bıçaqlandı

Gəncə sakini öz bacanağı tərəfindən bıçaqlandı

Gəncə sakini bacanağı tərəfindən bıçaqlanıb.

Hadisə təxminən günorta saat 3 radələrində baş verib.

1984-cü il təvəllüdlü Kərimov Səbuhi Qələndər oğlu şəxsi münasibətlər zəminində bacanağı, 1987-ci il təvəllüdlü Qurbanov Fərhad Məmməd oğlunu bıçaqlayıb.

Kərimovun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.