Gəncədə bıçaqlanma hadisəsi olub.
Şəhər sakini 1983-cü il təvəllüdlü Hacıyev Yaqub qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildiirilir.
Y. Hacıyevin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.