Xəbər - Samir Əli – Trend:
Gəncə Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, bu barədə icra başçısı Niyazi Bayramov sərəncam imzalayıb.
İcra başçısının sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri Kamran Məhərrəmov tutduğu vəzifədən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin edilib. İcra başçısının digər sərəncamı ilə Azərbaycan Texnologiya Universitetinin Təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışmış Adil Tağıyev isə Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin ediliblər.
Hər iki müavin bu gün kollektivə təqdim edilib.