Gəncə hadisələrinə görə təqsirləndirilən 2 nəfər əfv edildi

Xəbər - Samir Əli – Trend:

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı terror və Gəncə şəhərində kütləvi iğtişaşa cəhddə təqsirləndirilən iki nəfər əfv edilib.

AzerTimes-ın məlumatına görə, dövlət başçısının sərəncamına əsasən Allahverdiyev Elvin Nəriman oğlu və Xudiyev Vüqar Mənsur oğlu cəzanın cəzanın çəkilməmiş hissəsindən azad edilirlər.


Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb. Bu hadisələrə görə 80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Teqlər: