Gəncə Dövlət Universitetində “İnsan alverinin qurbanları” mövzusunda tədbir keçirilib (FOTO)

Gəncə Dövlət Universitetində (GDU) “İnsan alverinin qurbanları” mövzusunda onlayn şəkildə maarifləndirici tədbir keçirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri açaraq, ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb. Bildirib ki, tədbirin məqsədi bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedurla və şərtlərlə tanış etməkdir. Gülsüm Fətəliyeva Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini diqqətə çatdıraraq gəncləri hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq durmağa çağırıb.

Universitetin fakültələrində təşkil olunmuş tədbirlərdə çıxış edənlər bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.


Tədbirdə tələbələrin diqqətinə çatdırılıb ki, sizə və ətrafınızda olan şəxslərə qarşı bu cinayətlərdən hər hansı biri törədildikdə dərhal lazımi dövlət orqanları ilə əlaqə saxlayın. Mövzu ətrafında aparılan müzakirələrə diqqətlə yanaşmağa çalışın. Bəşəriyyətin bəlası olan insan alverinin qurbanı olmayın.

Teqlər: