Gəncə-Bakı yolunu sel basdı, alternativ yolda torpaq… – Video

Gəncə-Bakı yolunu sel basdı, alternativ yolda torpaq… – Video

Gəncədə sel ciddi fəsadlar törədib.

AzerTimes APA-ya istinadla xəbər verir ki, şəhərin çıxışında Gəncə-Bakı yolunun Nizami məqbərəsində körpünün altına sel sulları dolub.

Nəticədə magistal yol tam bağlanıb, sürücülər alternativ yolla hərəkət edirlər.

Qeyd edək ki, qərb bölgəsində yağışlı hava davam edir.

***

Bakı-Gəncə magistralında körpünün altına sel suları yığıldığından sürücülər alternativ yoldan istifadə edirlər.

Alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.

Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.

***

Bakı-Gəncə magistralında körpünün altına sel suları yığılan əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilməsinə başlanıb.

Teqlər: